5 Fevral 2020 10:53
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qiyamçı general Xəlifə Haftara bağlı hərbi qüvvələrin Liviyanın paytaxtı Tripoliyə hücumu nəticəsində 3 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, hücumda ölənlərdən ikisi uşaqdır.

Liviyanın legitim Milli Sülh Hökuməti Haftar ordusunun paytaxtda yaşayış massivlərini hədəf aldığını açıqlayıb.

Açıqlamada qiyamçı qüvvələrin paytaxt Tripolinin ayrı-ayrı nöqtələrinə raket zərbələri endirdiyi qeyd olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər