Lesoto dövlətinin Baş naziri Tomas Thabanenin ikinci xanımı Maesiah Thabane Baş nazirin birinci xanımını öldürdüyü üçün həbs edilib.
Teleqraf.com xəbər verir ki, ölkənin birinci xanımı Lipolelo Thabane 2017-ci ildə sui-qəsd nəticəsində öldürülüb.
Birinci xanımın vəfatından iki ay sonra isə Baş nazir Tomas Thabanen Maesiah Thabane ilə ailə qurub.
Maesiah Thabene sui-qəsd nəticəsində öldürülən birinci xanımla bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.
Ötən ay istintaq Maesiah Thabene haqqında həbs qərarı çıxarmışdı. Ancaq Baş nazirin xanımı yoxa çıxmışdı.
Cənubi Afrikaya qaçan 42 yaşlı Maesiah Thabane polisə təslim olub.
Baş nazirin xanımı 8 nəfərlə birlikdə mühakimə olunur.
Qeyd edək ki, Baş nazir Tomas Thabane ilə 2012-ci ildə boşanmaq qərarı alan birinci xanım Lipolelo Thabane 2017-ci ildə evinin qarşısında sui-qəsd nəticəsində öldürülüb.