5 Fevral 2020 15:50
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pekin rəhbərliyi qrup şəklində masa ətrafında əyləşməyi, banketləri, ziyafətləri, eləcə də tərkibinə ictimai qidalanmanın daxil olduğu bütün tədbirləri qeyri-müəyyən müddətədək təxirə salmaqla bağlı qərar verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin paytaxtının ictimai səhiyyə komitəsi məlumat yayıb.

Məlumatda bu qadağanın yeni növ koronavirusun yayılmasının qarşısının alınması və nəzarət tədbirlərinin gücləndirilməsi çərçivəsində verildiyi bildirilib. İctimai səhiyyə komitəsi əvvəlcədən bu cür tədbirlər planlaşdıran şəxslərdən onların vaxtının dəyişdirilməsini və ya təxirə salınmasını tələb edib.

Ən son məlumata görə, Pekində yeni növ koronavirusa yoluxanların sayı 253 nəfərə çatıb, onlardan biri ölüb, 24 nəfər xəstəxanalardan evə buraxılıb. Yalnız son bir gündə şəhərdə 25 yeni yoluxma hadisəsi qeydə alınıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər