Ermənistanda Şəhərsalma Komitəsinin sədri Vaxaqn Vermişyan kabinetində axtarış aparan naməlum şəxslər tərəfindən aparılıb, eyni zamanda kompüterləri götürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.
Komitə sədrinin kim tərəfindən kabinetindən çıxarıldığı və hara aparıldığı məlum deyil.
Nəşr bildirir ki, bir müddət əvvəl Vermişyana qarşı korrupsiya ittihamı ilə cinayət işi açılıb. Özü isə həmin ittihamın düzgün olmadığını bildirib.