Ermənistanın Şəhərsalma Komitəsinin sədri Vaxaqn Vermişyan həbs edilib.
Teleqraf.com xəbər verir ki, komitə sədri vəzifəsindən sui-istifadə edərək rüşvət almaqda ittiham olunur.
Dünən Vaxaqn Vermişyanın kabinetində naməlum şəxslər tərəfindən axtarış aparılıb. Kompüterləri müsadirə olunaraq götürülən komitə sədrinin özü də naməlum istiqamətə aparılıb.
Daha sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti Vermişyanın rüşvət almaqda şübhəli bilinərək tutulduğunu bildirib.