Qırğızıstanın birinci prezidenti Əsgər Akayevin oğlu Aydar Akayev 43 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə “Sputnik Qırğızıstan” məlumat yayıb.
Ailənin yaxınlarının verdiyi məlumata görə, Akayevdə ürəktutması baş verib, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Akayev öz həyat yoldaşı, oğlu və qızı ilə birlikdə Moskvada yaşayırdı.