6 Fevral 2020 13:16
1 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının üzvü olan 5 nəfər könüllü şəkildə Türkiyəyə təslim olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Təslim olan PKK-çıların arasında başına 500 min türk lirəsi mükafat qoyulan terrorçu da var. Həmin terrorçular Türkiyə-İraq sərhədində yerləşən Habur sərhəd-keçid məntəqəsində təhlükəsizlik qüvvələrinə təslim olublar.

Qeyd edək ki, Türkiyə DİN yanvarın 1-dən etibarən 24 PKK-çının Türkiyəyə təslim olduğunu açıqlayıb.


Müəllif: Teleqraf.com