“Dünyanın sülh və təhlükəsizliyi Vaşinqton və Moskva arasındakı münasibətlərdən asılıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putinin sözlərinə görə, ABŞ-Rusiya münasibətləri bir-birinin suverenliyinə hörmət prinsipinə əsaslanmalıdır.
Dövlət başçısı qeyd edib ki, nə Rusiya Federasiyası, nə də ABŞ başqa bir dövlətin daxili işlərinə qarışmamalıdır.