6 Fevral 2020 22:43
1 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin dekabrında hazırda dünyanı cənginə alan koronavirus barədə ilk dəfə xəbərdarlıq edən çinli həkim Li Venlianqın ölüm xəbəri yayılıb.

Teleqraf.com xəbər verir ki, həkimin koronavirusdan öldüyü bildirilir.

Qeyd edək ki, Venlianq virusla əlaqədar həmkarlarına məlumat versə də, ona susması barədə polis tərəfindən xəbərdarlıq edilmişdi.

34 yaşlı həkim ilk dəfə dekabrın 30-da həmkarlarına mesaj yazaraq onları diqqətli olmağa çağırmışdı. O, yerli dəniz bazarından 7 nəfərin koronavirus diaqnozu ilə karantinə alındığını bildirmişdi.


Müəllif: Nərgiz