7 Fevral 2020 10:12
2 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam saatlarında Türkiyədə dəhşətli hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, liseydə təhsil alan Şeyma Yıldızın meyiti Ankaranın Çubuk mahalında yol kənarında tapılıb.

Onun ölümündə atasının əli olduğu güman edilir.

Hadisə yerinə gələn təcili yardım qrupu qızın silahla öldürüldüyünü bildirib. Şeyma Yıldızın meyiti araşdırıldıqdan sonra xəstəxanaya aparılıb.

Hadisədən bir neçə saat keçdikdən sonra qızın atası polisə gələrək təslim olub. Ata qızını bir oğlanla sevgi münasibəti saxladığı üçün qısqanclıq səbəbiylə öldürdüyünü etiraf edib.


Müəllif: Aysel Azad