7 Fevral 2020 10:55
1 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad Suriya Ordusu (ASO) Bəşər Əsəd rejiminin İdlib bölgəsində ələ keçirdiyi 3 bölgəni geri alıb.

Teleqraf.com xəbər verir ki, ASO və Əsəd rejiminə qarşı döyüşən bir sıra silahlı qruplaşmalar İdlibin cənub-şərq bölgələrində hərbi əməliyyatlara başlayıb.

Hazırda sözügedən bölgədə Əsəd ordusu və silahlı müxaliflər arasında qarşıdurmanın getdiyi bildirilir. Əks həmlə ilə rejim qüvvələrinə zərbə vuran ASO Neyrəb, Dədih və Kərratin kəndlərini geri alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər