Türkiyənin Samsun şəhərində sabah baş tutacaq toyuna hazırlaşan Ülkü adlı 23 yaşlı qadın silahla sinəsinə atəş açaraq intihara cəhd edib.
Teleqraf.com xəbər verir ki, ağır yaralanan qadın dərhal xəstəxanaya çatdırılıb.
Hadisə Ayvacık mahalının Məşəlidüz məhəlləsində, səhər saatlarında baş verib. Ülkü adlı qadının nişanlı olduğu və sabah üçün toyunun planlaşdırıldığı məlum olub.
Polis faktla bağlı araşdırmalara başlayıb.