Koronavirus qurbanlarının sayı getdikcə artır.
Teleqraf.com xəbər verir ki, Çindən digər ölkələrə də yayılan virus bu dəfə ABŞ vətəndaşının canını aldı.
ABŞ vətəndaşı virusun yayıldığı Vuhan şəhərində olub. ABŞ-ın Çindəki səfirlik rəsmisi bildirib ki, 60 yaşlı Amerika vətəndaşı koronavirus diaqnozu ilə 6 fevralda Vuhandakı xəstəxanada ölüb.
Adı açıqlanmayan 60 yaşlı Amerikalı virusun yayılmasından bəri həm ABŞ, həm də ilk xarici vətəndaş ölümü olaraq qeydə alınıb. Bu günə qədər yalnız Çin xaricində Filippin və Hong Kongda ölüm halları qeydə alınmışdı ki, onlar da iki nəfər Çin vətəndaşı idi.
Xatırladaq ki, son məlumatlara görə, virusdan ölənlərin sayı 723, yoluxanların sayı isə 34546 nəfər çatıb.