8 Fevral 2020 11:42
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunması ilə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, nazir bundan qürur duyduğunu bildirib.

“Hörmətli Prezident İlham Əliyevin əlindən "Dostluq" ordenini almaqdan şərəf və qürur duydum”, - o vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı ona Azərbaycanın “Dostluq” ordenini təqdim edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər