ABŞ Nümayəndələr Palatasında Prezident Donald Trampın impiçmenti istintaqında ifadə verən Ağ Evin Milli Təhlükəsizlik Şurasının Ukrayna üzrə mütəxəssisi Aleksandr Vindmanın vəzifəsinə son verilib.
Teleqraf.com xəbər verir ki, “Vaşinqton Post” qəzeti Vindmanla yanaşı, impiçment araşdırmasında iştirak edən digər şəxslərin də postlarından uzaqlaşdırılacağını iddia edib.
Məlumata görə, Vindman Ağ Evdən vəkili David Pressmanın müşayiəti ilə çıxarılıb.
Tramp bundan sonra verdiyi açıqlamada “Özündən məmnun deyiləm. Məmnun olmağımı gözləyirsiniz?”, deyib.
Ağ Evin sözçüsü Stefaniya Qrişam açıqlama verərək, Prezident Trampın qorxunc impiçment prosedurunu gözdən keçirdiyini, bəzilərinin buna görə cavab verəcəyini bildirib.