8 Fevral 2020 14:35
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “The Guardian” qəzetinə müsahibə verən Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Mustafa Akıncı federal həll prosesinin tezliklə müsbət nəticə tapmayacağı halda, Kipr adasındakı bölünmənin qalıcı olacağını bildirib.

Teleqraf.com xəbər verir ki, Akıncı Şimali Kiprin Türkiyədən iqtisadi asılılığı azaltmaq arzusunu da dilə gətirib.

Prezident Türkiyədən asılılıq ehtimalını “qorxunc” adlandırıb.

Bir neçə gün əvvəl Cənubi Kiprdən (yunan) olan həmkarı Nikos Anastasiadeslə görüşdüyünü bildirən türk prezident federal birləşmənin mümkün olmayacağı halda, adanın bölünməsinin qalıcı olacağını bildirib: “Tələsmək lazımdır, uzun illərdən sonra dönüş nöqtəsinə gəlib çatmışıq”.

Yeganə həll yolunun federasiya halında birləşmək olduğunu deyən Akıncı Şimali Kiprin Türkiyədən asılılığının daha da artacağını vurğulayıb:

“Bu birləşmə mümkün olmasa, Ankara Şimali Kipri udacaq, de-fakto Türkiyənin bir quberniyasına çevriləcək”.

Mustafa Akıncı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kipri “bala vətən” adlandırmasına da münasibət bildirib və buna görə ona etiraz edib:

“Mən müstəqil və qardaş münasibətlər istəyirəm. Ana vətən-bala vətən yox, qardaş münasibətlər…”.

Akıncı Türkiyədən asılılığı azaltmaq üçün Cənubi Kiprin dəstəyinə ehtiyacın olduğunu iddia edib. O, yardım olmayacağı halda, Türkiyə ordusunun Şimali Kiprə nəzarəti ələ keçirəcəyini bidirib.

Akıncı Şimali Kiprin Türkiyəyə ilhaq ehtimalını da “qorxunc” adlandırıb və Ankaranın belə bir istəyinin olduğunu istisna etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər