15 yaşlı oğlan atası anasını silahla öldürmək istəyərkən silahı ələ keçirərək atasını qətlə yetirib.
Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin paytaxtı Ankaranın Altındağ mahalında baş verib. Gecə saat 02:00 radələrində evə spirtli içki gətirdiyi iddia edilən Hakan Ü. və həyat yoldaşı S. Ü. arasında mübahisə yaranıb. Mübahisə zamanı Hakan Ü. silahı həyat yoldaşına tuşlayıb. Bu vaxt onların oğlu Mustafa Ü. tapançanı atasının əlindən alıb və onu öldürüb.
Silah səsini eşidən qonşular dərhal polisə məlumat verib. Təcili yardım gələnə qədər isə Hakan Ü. Həyatını itirib.
Meyit morqa aparıldıqdan sonra Mustafa Ü. polis tərəfindən tutulub.