8 Fevral 2020 18:44
2 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kreml dəstək verməsinə baxmayaraq, Türkiyə və İsrailin Əsəd qüvvələrinə zərbə endirmələrinə seyrçidir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert son günlər Suriyada baş verən proseslər barədə danışıb:

“Türkiyə və İsrail hakimiyyətləri arasında münasibətlər soyuqdur, bir-birilərinin ünvanlarına sərt tənqidlər yağdırırlar. Buna baxmayaraq, hər ikisi son günlərdə Suriya rejiminin mövqelərini bombalayıb. Hər ikisinin Əsəd qüvvələrinin ayrı-ayrı məntəqələrini bombalamasının izahı var.

Ən maraqlısı da odur ki, Bəşər Əsəd rejiminə praktik dəstək verən Kreml Türkiyənin və İsrailin Əsəd qüvvələrinə zərbə endirmələrinə seyrçidir. Çünki Rusiya Prezidenti Putin Əsədə dəstək versə də, Ankara və Tel-Əvivlə də münasibətləri korlamaq istəmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər