9 Fevral 2020 00:16
1 792
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin onun çıxış nitqinin mətnini cırmasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, prezident xanım spikeri qanunsuz davranışda ittiham edib.

“Hər şeydən əvvəl əlindəki rəsmi sənəd idi və onu cırmağa haqqı çatmır. Pelosinin davranışı qanunsuz idi”, - Tramp deyib.

O, Pelosi və Demokratlar Partiyasının onunla yola getmədiyini bildirib: “Demokratlar Trampla yola getməmə sindorumuna yoluxublar”.

Qeyd edək ki, fevralın 5-də Tramp Nümayəndələr Palatası qarşısında ənənəvi illik çıxış zamanı davranışı qalmaqala çevrilib. Prezident çıxışa başlayan zaman Pelosinin əlini sıxmayıb.

1 saat 20 dəqiqə davam edən çıxışdan sonra isə xanım spiker Trampın çıxış mətninin surətini cırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər