Birləşmiş Ərəb Əmirliklərində daha 2 nəfərdə koronavirus aşkarlanıb. Ölkədə virusa yoluxanların sayı 7-ə çatıb.
Teleqraf.com xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, diaqnoz qoyulan xəstələrin stabil və tibbi müşahidə altında saxlanıldığı bildirilib:
“Bütün profilaktik tədbirlər görülüb. Ölkədəki idarələr və aidiyyəti qurumlar BƏƏ vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün əlaqələndirici şəkildə çalışır”.