9 Fevral 2020 09:08
1 830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailandın Nakxon Ratçasima şəhərində ticarət mərkəzlərindən birində onlarla insanı öldürmüş və yaralamış 32 yaşlı hərbçi Çakrapant Thomma zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" ölkənin təhlükəsizlik qüvvələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, o, xidmət etdiyi hərbi hissədə öz komandirini və daha 2 nəfəri güllələyib. Sonra isə avtomobili qaçıraraq gizlənib. Cinayətkar "Terminal-21" ticarət mərkəzinə gedən yolda, habelə ticarət mərkəzində dinc insanlara atəş açıb. Nəticədə 25 nəfər öldürülüb, 63 nəfər yaralanıb.

***

07:42

Tailandın Nakxon Ratçasima şəhərində ticarət mərkəzlərindən birində baş vermiş atışmada yaralananların sayı artıb.

Bu barədə ölkənin “Txai Rat TV” televiziyası məlumat yayıb.

Telekanalın ölkənin Səhiyyə Nazirliyinə istinadən yaydığı məlumata görə, Nakxon Ratçasima şəhərinin xəstəxanalarına 63 nəfər çatdırılıb.

Qeyd edilir ki, atışmada ölənlərin sayı 25 nəfərə çatıb.

***

05:27

Tailandın Nakxon Ratçasima şəhərində ticarət mərkəzlərindən birində baş vermiş atışmada ölənlərin sayı 25 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin “Txai Rat TV” televiziyası məlumat yayıb.

Telekanalın məlumatına görə, daha 4 nəfər dünən ticarət mərkəzinin binasında həlak olub. Onların meyitlərini xüsisi təyinatlılar cinayətkarın zərərsizləşdirilməsi əməliyyatı zamanı aşkarlayıb.

Polisə istinadən yayılan məlumata görə, binada hadisə zamanı ticarət mərkəzində olmuş mülki şəxslər də var.

Qeyd edək ki, ötən gün yayılan məlumatda 21 nəfərin həlak olduğu bildirilirdi. Son məlumata görə, cinayətkarın zərərsizləşdirilməsi zamanı xüsusi təyinatlıların 2 əməkdaşı yaralanıb, daha 1 nəfər həlak olub. Hadisə zamanı ümumilikdə 30-dan çox insan xəsarət alıb.

Hazırda cinayətkarın zərərsizləşdirilməsi əməliyyatı davam etdirilir.

****

00:47

Tailandda 21 nəfəri öldürən əsgər mühasirəyə alınan ticarət mərkəzini tərk edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Txai Rat TV məlumat yayıb.

Əsgər ticarət mərkəzini tərk edərkən bir nəfər xüsusi təyinatlını öldür2üb.

Tailand Müdafiə Nazirliyinin açıqlamasına görə, o, professional hərbçidir. Onun atəş aşmaq və snayper üzrə instruktir olduğu, xüsusi təyinatlılar üçün nəzərdə tutulan proqram üzrə hazırlıq keçdiyi bildirilir.

22.05

Tailandda hərbi hissədən qaçan əsgərin mülki şəxslərə atəş açması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, cinayətkar “Terminal-21” ticarət mərkəzində 16 nəfəri girov saxlayır. Girovların azad edilməsi üçün xüsusi əməliyyat davam edir.

20.35

Tailandın şimal-şərqində hərbi hissələrin birində qulluq edən əsgərin ticarət mərkəzində odlu silahdan açdığı atəş nəticəsində azı 17 nəfər ölüb, 21 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, Tailand xəbər agentliyinin yerli polis idarəsinin mətbuat xidmətinə istinadla yaydığı məlumata görə, cinayətkar “Terminal-21” ticarət mərkəzinin dördüncü mərtəbəsində 16 nəfəri girov saxlayır. Atəş açan şəxsin tutulması üçün hüquq-mühafizə orqanlarının əməkdaşları ordu ilə birgə əməliyyat keçirir.


Müəllif: Nahid