25 Sentyabr 2014 09:15
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq və Suriyada qeyri-sabitlik 2003-cü ildə Amerika Birləşmiş Ştatlarının İraqı işğal etməsinin birbaşa nəticəsidir.

ANS PRESS-in məlumatına görə, bu bəyanatla İran prezidenti Həsən Ruhani çıxış edib. İran prezidenti bildirib ki, 2003-cü ildə İraqa hücum edilənə qədər İŞİD və bunun kimi digər qruplaşmalar mövcud olmayıb və böyük ehtimalla, bu hücum və işğal olmasaydı, həmin qruplaşmalar da yaranmazdı.

Həsən Ruhani bu bəyanatı Nyu-Yorkda ABŞ prezidenti Barak Obamanın BMT-nin Baş Assambleyasında çıxışından bir neçə saat sonra jurnalistlərə müsahibəsində səsləndirib.

Ruhani vurğulayıb ki, vəziyyətin siyasi həll yolunda İraq və Suriya vətəndaşları da iştirak etməlidir.


Müəllif:

Oxşar xəbərlər