İran Ali Məhkəməsi Qərbi Azərbaycan əyalətində din adamını öldürməkdə günahkar bilinən 7 sünni haqqında edam cəzası kəsib.
Teleqraf.com xəbər verir ki, barələrində edam qərarı çıxarılanlar 2008-ci ildə Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində Hulefa Raşidin məscidinin imamı Abdülrəhim Tinanı öldürməkdə günahkar bilinirlər.
10 il davam edən məhkəmə prosesindən sonra ittiham edilənlərə qərar təqdim edilib.
Qeyd edək ki, barələrində edam qərarı çıxarılan şəxslər haqqında məhkəmə qərarı sonradan əsassız sayılmışdı.