25 Sentyabr 2014 09:36
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaxt gələcək Rusiya Krım və Donbasa görə, Ukraynadan üzr istəyəcək.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Arseni Yaçenyuk BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

“Biz qonşu dövlətlərik. İkinci Dünya Müharibəsi zamanı ukraynalılarla ruslar faşizmə qarşı çiyin-çiyinə vuruşurdular, bizim xalqlarımız tarixən bir-birinə bağlıdır. Mən inanıram ki, Ukrayna Şərqə və Krıma nəzarəti qaytaracaq, tariximizə düşən qara səhifəni çevirəcəyik və Rusiya “Bağışlayın” deyəcək”, - Yaçenyuk deyib.

Baş nazir bildirib ki, nə vaxta kimi Putin hakimiyyətdədir, dediklərinin heç biri baş verməyəcək.


Müəllif:

Oxşar xəbərlər