9 Fevral 2020 17:05
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

24 yaşlı ukraynalı Maksim Darmenko birgə tətilə üz tutduqları Türkiyənin Antalya şəhərində atasını öldürüb.

Teleqraf.com xəbər verir ki, Maksim Darmenkonun polisə verdiyi ilkin ifadəsində atasını öldürdüyünə dair iddiaları rədd edib.

“O an atam sanki atam deyildi, şeytan kimi şey idi. Atamı öldürdüyüm iddiasını qəbul etmirəm”.

Mübahisə zamanı Maksim Darmenko atası Yuri Darmenkonu divara itələyib, başından güclü zərbə alan 80 yaşlı qoca həyatını itirib. Otel rəhbərliyi dərhal polisə məlumat verib və Maksim Darmenko saxlanılıb.

Şizofreniyadan əziyyət çəkən Darmenko tərcüməçi vasitəsilə məhkəmə prosesində ifadəsində bir qadın və kişinin ona atasının şeytan olduğu barədə sözlər dediyini bildirib:

“İki nəfər gəldi, bir kişi, bir qadın. Onlar çox güclü idilər. Mənə atamın atam olmadığını, əslində şeytan olduğunu dedilər, məni razı saldılar. Mən işıq gördüm və nə etməli olduğumu başa düşdüm. Atamı öldürdüyüm iddiasını qəbul etmirəm”.


Müəllif: Leyla

Oxşar xəbərlər