9 Fevral 2020 18:43
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailandda bu gecə komandiri və zabiti öldürdükdən sonra silahla ticarət mərkəzinə daxil olaraq 21 nəfər öldürən və 33 nəfəri yaralayan “Terminal-21” ləqəbli əsgər Jakrapant öldürülüb.

Teleqraf.com xəbər verir ki, onlarla insanı öldürən terrorçu törətdiyi qətliamdan 17 saat sonra zərərləşdirilib.

Səhiyyə naziri Anutin Karnvirakul terrorçunu zərərləşdirdiyi üçün polis və orduya təşşəkkür edib.

Qeyd edək ki, sonradan terror nəticəsində öldürülənlərin sayı 26 nəfərə çatıb.


Müəllif: Cavad

Oxşar xəbərlər