Yaponiya Şimali Koreyanın raket sistemlərinin sınaqlarını davam etdirməsinə cavab olaraq, optik kəşfiyyat peykini kosmosa göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.
Məlumata görə, peyk Yaponiya Kosmos Agentliyi (JAXA) və “Mitsubişi” şirkətinin birgə hazırladığı “H2A” raketi ilə Taneqaşima kosmos bazasından göndərilib.
Bunun “H2A” raketi ilə həyata keçirilən 35-ci uğurlu göndərmə olduğu bildirilib.
Peykin Şimali Koreyanın raket sistemləri başda olmaqla, hərbi fəaliyyətləri müşahidə altında saxlamaq məqsədilə kosmosdakı 2 optik peykdən birinin yerini tutacağı planlaşdırılır.
Yaponiyanın kosmosda 5-i radar, 2-si optik olmaqla, 7 hərbi kəşfiyyat peyki var.