10 Fevral 2020 13:25
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə müstəntiqin Ermənistanın Şəhərsalma Komitəsinin sədri Vaxaqn Vermişyanın həbsi barədə tələbini təmin edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Fevralın 5-də Vaxaqn Vermişyanın kabinetində axtarışlar aparılıb. Daha sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti Vermişyanın rüşvət almaqda şübhəli bilinərək saxlanıldığını açıqlayıb.

Fevralın 8-də Vermişyana Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib və məhkəməyə həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət verilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər