10 Fevral 2020 16:23
2 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Suriya Prezidenti Bəşər Əsədin nəzarətində olan İdlibin Sərakib şəhərini geri qaytarmağa çalışan müxalif qüvvələr hücuma başlayıb.

Teleqraf.com xəbər verir ki, Əsəd qüvvələrinin Neyrab və Sərakibdəki hədəfləri bombaladığı bildirilir.

Yerli mənbələrin yaydığı videoda isə mehmetçiyin Sərakib şəhərinə irəlilədiyi məlum olur.

Əməliyyata dəstək verən Türkiyə Silahlı Qüvvələri tərəfindən Sərakibdəki Əsəd ordusuna atəş açılıb.

Müxalifətin daha bir hədəfinin Neyrab şəhəri olacağı deyilir.

Xatırladaq ki, Sərakib şəhəri bir neçə gün öncə Rusiyanın dəstəyi ilə Əsəd qüvvələri tərəfindən ələ keçirilmişdi.


Müəllif: Nərgiz

Oxşar xəbərlər