11 Fevral 2020 00:15
2 731
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail mətbuatı ABŞ administrasiyasının “Əsrin sazişi” planını gücləndirmək üçün İsrailin Baş naziri Benyamin Netanyahu və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanı Qətərdə bir araya gətirəcəyini iddia edib.

Teleqraf.com xəbər verir ki, “Israel Hayom” qəzeti ABŞ Dövlət katibi Mayk Pompeonun Netanyahu və şahzadə Salmanı görüşdürmək üçün israilli və səudiyyəli rəsmilərlə danışıqlar apardığını yazıb.

Ərəb rəsmilərə istinadla yayılan xəbərə görə, Pompeo bu görüşün baş tutması üçün aylardır səy göstərir.

Bin Salman təklifi qəbul edərsə, bir neçə həftə ərzində Misirin paytaxtında Ərəb-İsrail zirvə görüşü keçiriləcək.


Müəllif: Nərgiz

Oxşar xəbərlər