10 Fevral 2020 17:41
1 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ hökuməti Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman və İsrail Baş naziri Binyamin Netanyahu arasında görüş keçirməyə cəhd edir”.

Teleqraf.com xəbər verir ki, bu barədə İsraildə nəşr olunan “Israel Hayom” qəzeti məlumat yayıb.

Nəşr ABŞ Dövlət katibi Mayk Pompeonun bu məqsədlə Səudiyyə və İsrail rəsmiləri ilə müzakirə apardığını yazıb.

Qəzet Pompeonun bir neçə aydır belə bir görüşün baş tutması üçün səy göstərdiyini vurğulayıb.

Bin Salman qəbul edəcəyi halda, görüş bir neçə həftə sonra Misirin paytaxtı Qahirədə keçiriləcək Ərəb-İsrail zirvəsi çərçivəsində baş tuta bilər.

Hələlik məlumata dair İsrail və Səudiyyə Ərəbistanında rəsmi münasibət bildirilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər