Mərkəzi Amerika ölkəsi olan Salvadorda hökumətin güc strukturlarının ehtiyaclarını ödəmək üçün almağı planlaşdırdığı 109 milyon dollarlıq kredit prezident Nayib Bukele ilə müxalifətin nəzarətindəki parlamenti üz-üzə qoyub.
Teleqraf.com xəbər verir ki, müxalifət partiyaları hökumətin kredit alınması ilə bağlı müzakirə üçün çağırdığı təcili iclasına gəlməkdən imtina ediblər. Ölkə başçısının təlimatı ilə bir qrup xüsusi təyinatlılar parlamentin binasını mühasirəyə alıblar.
Prezident Nayib Bukele tərəfdarlarını parlamentin qarşısına çağırıb. O, bazar gününə qədər kredit məsələsinin müzakirəsi üçün parlament iclası keçirilməzsə, müxalif deputatları mandatlarını əllərindən almaqla hədələyib:
“Bu xainlər 2021-ci ilin fevralın 28-də burdan çıxıb gedəcəklər. Düyməyə basmaq istəsəm, basacağam”.