11 Fevral 2020 08:00
1 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın ABŞ-ın İraqdakı bazasına endirdiyi raket zərbələri nəticəsində zərərçəkən hərbçilərin sayı artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Bu gün üçün olan vəziyyətə görə 109 ABŞ hərbçisində yüngül kontuziya diaqnozu qoyulub, bu rəqəmlər, ötən hesabatla müqayisədə 45 nəfər daha çoxdur".

Bildilir ki, onlardan 76 nəfər artıq vəzifələrinin icrasına qayıdıblar. Almaniyaya daha dəqiq müayinə üçün ümumilkdə 27 nəfər göndərilib, onlardan 21-i artıq ABŞ-a qayıdıb.

Qeyd edilir ki, zərərçəkənlərdən 5-nin səhhəti həkimlər tərəfindən qiymətləndirilir, bir nəfər artıq İraqa qayıdıb.

Xatırladaq ki, yanvarın 3-ü ABŞ İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds qüvvələri komandanı general Qasim Süleymaninin zərərsizləşdirilməsi üzrə əməliyyat keçirib. Buna cavab olaraq İran tərəfi yanvarın 8-i ABŞ-ın İraqdakı bazasına raket zərbələri endirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər