Qazaxıstan höküməti Çində yayılan yeni növ koronavirus səbəbindən bu ölkədən 217 vətəndaşını təxliyə edib.
Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstanın səhiyyə naziri Eljan Birtanov deyib.
E.Biltanov bildirib: "Pekindən Nur-Sultana bu gün səhər 217 nəfər qayıdıb".
Nazir qeyd edib ki, təxliyə edilən şəxslər azı 3 gün karantində saxlanılacaq: "Müəyyən risklər var, onlar müayinə ediləcəklər".
Xatırladaq ki, daha əvvəl Qazaxıstanın Xarici İşlər Nazirliyindən fevralın 10-u və 12-si vətəndaşları təxliyə etmək üçün Çinə təyyarələrin göndəriləcəyini bildiriblər.