11 Fevral 2020 09:48
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində koronavirusdan daha 103 nəfər ölüb. Beləcə epidemiyadan ölənlərin sayı 1013 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu informasiyanı Çin rəsmiləri açıqlayıb.

Mütəxəssislər bu xəstəliyin dünyanın 400 şəhərində yayıla biləcəyindən narahatlığını dilə gətirirlər.

“Financial Times” qəzeti Uhana bağlı olan Hubei əyalətində səhiyyə sisteminə rəhbərlik edən şəxslərin vəzifədən azad olunduğunu qeyd edib. Burada səhiyyə idarəsinə Çinin milli səhiyyə komitəsi sədrinin keçmiş müavini rəhbərlik edəcək.

Hazırda dünyanın 24 ölkəsində koronavirusun yayıldığı rəsmən təsdiqini tapıb.


Müəllif: Cavad

Oxşar xəbərlər