11 Fevral 2020 11:23
2 604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə naziri Hulusi Akarla görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş Suriya ordusunun İdlibə hücumu nəticəsində 5 türk hərbçisinin həlak olmasından dərhal sonraya təsadüf etməsi ilə diqqət çəkib.

Görüşün əsas müzakirə mövzusu da İdlibdə son günlərdə baş verən proseslər olub.

Müzakirə edilən məsələlərin detalları barədə açıqlama verilməsə də, görüşdən sonra Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda, hərbçilərin ölümündə məsuliyyət daşıyan Bəşər Əsəd qüvvələrinə lazımi cavabın veriləcəyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər