“30 il Türkiyə Avropa Birliyinə girməyə çalışdı, amma orada heç kimin onu gözləmədiyini başa düşdü. Beləliklə, indi özünə qulluq etməyə başlayıb. Onun böyük idealları olan bir prezidenti var və o, xəyal edir ki, Türkiyənin sərhədləri Vyana yaxınlığında başlayır, Çinin Sincan bölgəsində bitir”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Jaromir Novotnıy deyib.
“Ərdoğanın xəyalı Osmanlı İmperiyasının dirçəldilməsidir. Türkiyə regional güc olduğunu iddia edir. Orta Asiya ölkələrinin, türk xalqlarının bütün ziyalıları qrant almaq üçün Türkiyə universitetlərində təhsil alır. Bu, o deməkdir ki, türklər Orta Asiya ölkələrinin jurnalistlərini, iş adamlarını və məmurlarını özləri üçün yetişdirirlər”, - deyə ekspert bildirib.