NATO Baş katibi Yens Stoltenberq İdlibdə yaşanan gərginliklə bağlı kritik bəyanat verib.
Teleqraf.com xəbər verir ki, o, İdlibdəki hücumları qınadığını açıqlayıb.
“İdlibdəki vəziyyət son dərəcə narahatedicidir. Hücumları pisləyir, Əsəd rejimi və Rusiyaya təcili hücumları dayandırmaqla bağlı çağırış edirik”, - deyə NATO baş katibi bildirib.