Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk hərbçilərinin İdlibdə atəşə tutulmasına cavab olaraq Suriyada yeni addımlar atacaqlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, dövlət başçısının sözlərinə görə, Türkiyə hərbi qüvvələrinə edilən hücumun “ağır bədəlini ödəməli” olacaqlar.
“Sabah atacağım addımları elan edəcəyəm”, – deyə Ərdoğan Ankarada bildirib.
Fevralın 10-da Türkiyə Müdafiə Nazirliyi Suriyanın İdlib şəhərinin şimalında atışma nəticəsində 5 əsgərin öldüyünü və 5 nəfərin yaralandığını bildirib.
Bundan sonra Türkiyə cavab zərbələri endirib. Türkiyə tərəfinin yaydığı məlumata görə, Suriya ordusunun 101 hədəfi məhv edilib.