Suriyada dərhal atəşkəs elan olunmalıdır. Rusiya, İran, Hizbullah və Əsəd rejiminin yarıtmaz fəaliyyətləri Suriyanın şimalından didərgin edilmiş yüz minlərlə insanın təhlükəsiz şəkildə evlərinə qayıtmasına mane olur.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Suriyadakı durumla bağlı yaydığı bəyanatda deyilir.
Sabah ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrinin Türkiyənin paytaxtı Ankaraya gələcəyi vurğulanıb:
“Səfir Ceffri Rusiyanın dəstəyi ilə Əsəd rejiminin İdlibdə həyata keçirdiyi sabitliyi pozan hərbi hücumu və Suriya münaqişəsinin siyasi həlli üçün necə bir araya gələcəyimizi müzakirə etmək üçün Ankarada Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşəcək”, - deyə bildirilib.