11 Fevral 2020 21:45
2 807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya prezidenti Bəşər Əsəd Türkiyəni ölkəsinin ərazi bütövlüyünü pozmaqda ittiham edib.

Teleqraf.com xəbər verir ki, Əsəd İdlibdə hərbi əməliyyatlar aparan Türkiyəyə qarşılıqlı cavab verəcəklərini bildirib.

Qeyd edək ki, Türkiyənin İdlibə göndərdiyi əlavə qüvvələr bu gün Suriya ordusu tərəfindən hücuma məruz qalıb. Nəticədə 5 əsgər şəhid olub, 5 əsgər isə yaralanıb.

Buna cavab olaraq Türkiyə ordusu Suriyanın şimalında, İdlib vilayətində Bəşər Əsəd rejiminin 101 hədəfini zərərsizləşdirib.

Türkiyə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, TSK indiyədək rejimin 105 istehkam xəttini atəşə tutaraq qarşı tərəfi susdurub. Bununla yanaşı, rejimin 3 tank, 2 top, bir helikopteri TSK tərəfindən yararsız hala salınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər