“Beynəlxalq polis olaraq oraya paraşütlə enib hücumları dayandırmağımızı gözləyirlər”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Ağ Evin milli təhlükəsizlik müşaviri Obrien Bəşər Əsəd rejimi ilə birlikdə Rusiya və İranın türk əsgərləri, Türkiyə ilə birlikdə işləyən qruplara hücumu haqda danışarkən deyib.
Türkiyə Prezidenti Ərdoğanla Rusiya lideri Putin arasındakı münasibətlərin enişli-yoxuşlu olduğunu vurğulayan Ağ Ev rəsmisi əlavə edib ki, Suriyada mülki insanların qətliamı dayandırılmalıdır:
“Biz, bunu yüksək səslə deməkdə davam edəcəyik, fəqət İdlibə hərbi müdaxilə edəcəyimizi sanmıram”.
Suriya və İdlibdə sülh əldə edilməsi üçün cəhdlər göstərdiklərini və bunu davam etdirəcəklərini qeyd edən Obrien bildirib ki, İdlibdə ki, durum çox pisdir:
“Əsəd çox pis aktyordur. İranlılar da həmçinin. Ancaq biz rusların, iranlıların və ya Əsədin tədbirlərini durdurmaq mövqeyində deyilik. Orada pis duruma son verəcək sehirli bir şey yoxdur”.