İdlib vilayətinin Sərakib şəhəri yaxınlığında Bəşər Əsəd ordusunun vurulan helikopteri ilə bağlı ilginc detal üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, görüntüsü sosial şəbəkələrdə paylaşılan helikopterdə ölən pilotun iranlı general Qasım Süleymani ilə fotosu yayılıb.
Foto sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Helikopter ötən günlərdə Sərakibdə Bəşər Əsəd rejiminə qarşı döyüşən ASO tərəfindən vurulub.
Qeyd edək ki, İran Silahlı Qüvvələrinin Qüds Briqadasının komandanı Qasım Süleymani isə yanvarın 5-də ABŞ ordusunun İraqın paytaxtı Bağdadda keçirdiyi əməliyyatda həyatını itirib.