12 Fevral 2020 11:47
1 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliya müstəmləkəsinə qarşı mübarizə aparan mozambikli inqilabçı, şair Marselino dos Santos vəfat edib.

Teleqraf.com xəbər verir ki, uzun illər Mozambikin müstəqilliyi uğrunda mübarizə aparan kommunist şair 90 yaşında həyatla vidalaşıb.

Dövlət başçısı Filipe Nyusi onun haqda “Yoldaş Marselino dos Santosu, simvola çevrilmiş insanı itirdik” deyib. Nyusi 2015-ci ildə “Milli qəhrəman” elan edilən Santos üçün dövlət mərasimi keçiriləcəyini açıqlayıb. İnqilabçı şairin ölümü ölkəni yasa boğub.

İllərdir müxtəlif xəstəliklərdən əziyyət çəkən Santos evdən çıxa bilmirdi.

Portuqaliya müstəmləkəsinə qarşı 1962-ci ildə qurulan MozambikAzadlıq Cəbhəsinin (FRELIMO) qurucularından biri olan, illərlə partiyanın rəhbəri olan Santos həyatını ölkəsinə həsr etmiş lider idi. Müstəqillik mübarizəsinin davam etdiyi illərdə FRELIMO lideri Eduardo Mondlanenin sui-qəsdlə öldürülməsindən sonra onun postunu tutmuşdu. Santos kommunizm ideologiyasına bağlı bir inqilabçı idi.

Santos gənc yaşlarında təhsil almaq üçün getdiyi Lissabon və Parisdə müstəmləkəçiliyə qarşı qurulmuş bir çox təşkilatların da lideri olmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər