Rusiya Prezidenti Vladimir Putin İtaliyanın Baş Naziri Cüzeppe Konte ilə telefon danışığında Liviyadakı vəziyyəti müzakirə edib.
Teleqraf.com xəbər verir ki, görüş zamanı Putin italiyalı Baş Nazirə Liviyada əməkdaşlıq təklif edib.
Bildirilir ki, Putin və Konte Liviyadakı vəziyyət, o cümlədən yanvarın 19-da Berlində keçirilmiş beynəlxalq konfransın nəticələrinin icrası kontekstində fikir mübadiləsi aparıb.
“Liviyada uzunmüddətli normallaşmanı əldə etməyə yönəlmiş birgə işlərin davam etdirilməsinə maraq ifadə edilib. Rusiya-İtaliya əməkdaşlığının bəzi məsələlərinə toxunulub. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsinə razılıq verilib”, - məlumatda bildirilib.
Əlavə edək ki, Rusiyadan fərqli olaraq, İtaliya Türkiyə ilə birlikdə Liviyada BMT tərəfindən tanınan Milli Sülh hökumətinə dəstək verir. Rusiya isə uzun müddətdir legitim hökumətə qarşı mübarizə aparan qiyamçı general Xəlifə Haftarın liderliyindəki ordunu dəstəkləyir.