Türkiyənin Antalya şəhərindən Sivasa yola düşən sərnişin təyyarəsi Kayseri şəhərinə məcburi eniş edib.
Teleqraf.com xəbər verir ki, "Antalyaspor" futbol klubunun məşqçi və futbolçularını Sivasa aparan təyyarə əlverişsiz hava şəraiti ilə əlaqədar eniş etməyə məcbur olub.
Hava limanında gözləyən futbolçuların quru yolu ilə Sivava yola düşəcəyi barədə məlumat verilib.
Qeyd edək ki, sabah Türkiyə kubokunun cavab qarşılaşması çərçivəsində "Sivasspor" "Antalyaspor"u qəbul edəcək.