13 Fevral 2020 00:25
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramzan Kadırov 23 yaşlı qardaşı oğlu Həmzət Kadırovu Çeçenistanın idman naziri təyin edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri sosial şəbəkədə yazıb. Həmzət Kadırov bu posta təyin edilənədək Kurçaloyev rayonunun rəhbəri olub.

Həmzət Kadırov Ramzan Kadırovun 2004-cü ildə ölən böyük qardaşı Zəlimxan Kadırovun oğludur.


Müəllif: Teleqraf.com