13 Fevral 2020 08:05
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatı cümə axşamı prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatların aparılması səlahiyyətlərinin məhdudlaşdırılması üzrə qətnaməni bəyənmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, artıq bunun üçün respublikaçıların da lazımi miqdarda səsi var.

"Hərçənd bu təşəbbüs Trampın ehtimal edilən vetosunu ləğv etmək üçün çətin ki, kifayət qədər dəstək alacaq, bununla belə onun Senatda gözlənilən keçidi Konqresin prezidentin icra hakimiyyətini cilovlamağa nadir cəhdini təsvir edir", - “Politico” nəşri bildirib.

Nəşr qeyd edib ki, demokratların 47 səsində əlavə qətnaməni respublikaçılar - Syuzan Kollinz, Tod Yanq, Mayk Li, Rend Pol, Djerri Moran da dəstəkləmək niyyətindədir.

Sənəd demokrat Tim Keyn tərəfindən müzakirəyə çıxarılıb. Qətnamənin mətni Trampı İrana qarşı yönəldilmiş bütün düşmən hərəkətlərini 30 gün ərzində qurtarmaq öhdəliyi qarşısında qoyur.

Daha əvvəl ABŞ Nümayəndələr Palatası da analoji qətnaməni qəbul edib. Lakin sənədin qanuni qüvvəsi yoxdur. Senat tərəfindən baxılan sənəd isə struktur və mətn üzrə fərqlənir. Bununla belə, onun da aqibətinin müvəffəqiyyətlə nəticələnəcəyi inandırıcı görünmür. Çünki Tramp sənədi bəyənmək niyyətində deyil. O, artıq qətnaməni tənqid edib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər