“Türkiyə Liviyanın Mitiqa hava limanından hərbi baza kimi istifadə edir”.
Teleqraf.com xəbər verir ki, bunu qiyamçı general Xəlifə Haftarın liderliyindəki ordunun sözçüsü Əhməd Mismari deyib.
Mismari BMT-ni bu hava limanından istifadə etməməyə çağırıb.
Türkiyənin hava limanından hərbi baza kimi istifadə etdiyini iddia edən Mismari, BMT-yə məxsus təyyarələrin təhlükəsizliyini təmin edə bilməyəcəklərini bildirib.
O, hava limanından istifadə edən təyyarələrin təhlükədə olduğunu vurğulayıb.
BMT rəsmilərinin gecə saatlarında hava limanına enmək istədikləri, amma Haftar ordusunun buna mane olduğu qeyd edilib.