Fransa Prezidenti Emmanuel Makron Liviya Milli Ordusunun komandanı general Xəlifə Haftarı Parisə dəvət edib.
Teleqraf.com xəbər verir ki, Makrona rəsmi dəvət təklifini Fransa Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika departamentinin direktoru Kristof Farno Benqazidə Haftarla görüşdə çatdırıb.
Tərəflərin görüşdə terrorla mübarizə ətrafında fikir mübadiləsi apardığına dair məlumat açıqlanıb.